Mən uğur qazanacam! Imtahan həyəcanının aradan qaldırılmasına həsr olunmuş dəyirmi masa keçirildi

Bu gün məktəbimizdə 05.03.2023-cü il tarixdə keçiriləcək buraxılış imtahanı ilə bağlı “Mən uğur qazanacam!” imtahan həyəcanının aradan qaldırılmasına həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masa XI sinif şagirdləri üçün təşkil olunmuşdu. Dəyirmi masanı giriş sözü ilə direktor əvəzi Bəsti Ağayeva açaraq şagirdlərə tövsiyələr verdi, imtahanda uğurlar arzuladı. Direktor müavini İlahə Məmmədova da XI sinif şagirdləri üçün faydalı məsləhətlər verərək onlara müvəffəqiyyət arzuladı. Sonra məktəbin psixoloqu Arzu Məmmədova imtahan həyəcanı və onun aradan qaldırılması ilə bağlı ətraflı məlumat verdi. İmtahanda həyəcanı aradan qaldırmaq üçün çoxlu psixoloji texnikalar şagirdlərə təqdim olundu. Məktəbin psixoloqu Günel Mahmudzadənin hazırladığı imtahan həyəcanının aradan qaldırılmasına həsr olunmuş meditasiya mətni də uğurla tətbiq olundu. Uşaq Birliyi Təşkilatı rəhbəri Gülnar Kərimova şagirdlər üçün hazırladığı faydalı məsləhətləri təqdim etdi. Şagirdləri maraqlandıran sualların cavablandırılması və fikir mübadiləsi ilə dəyirmi masa yekunlaşdı.