Mülki Müdafiə Günü keçirildi
Bu gün məktəbimizdə 1 Mart Mülki Müdafiə Günü qeyd edildi. Tədbirdə 6-ci sinif şagirdləri iştirak edirdi. Kütləvi humanitar tədbir kimi qeyd edilən bu gün haqqında məlumatlar verildikdən sonra vəzifə və məqsədləri şagirdlərə təbliğ edildi. Tədbiri giriş sözü ilə açan Telman Məmmədov şagirdlərə əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmmadi olaraq lazımi tədbirlərin görüldüyünü vurğuladı. O, çixişinda müasir dövrdə təbii və texnogen xarakterli fövqəladə hadisələrin xəbərdar edilməsi və qarşisinin alınması istiqamətində elmi- texniki tərəqqinin ən son nailiyyətləri və imkanlarından geniş istifadə olunmasina baxmayaraq, bəsəriyyətin bu kimi fəlakətlərin qarşisinda acizliyini qeyd etdi. Sonra uşaqlar ilkin tibbi yardım, əleyhqazdan və yanğınsöndürmə balonlarından istifadə qaydalarını əyani şəkildə nümayiş etdirdilər. Tədbirin sonunda maariflənirici videoçarx təqdim olundu.