“Möhkəm immunitet sağlam həyatın əsasıdır” mövzusunda təqdimat

Hər il mart ayının 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd olunur. İlk dəfə 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı həmin günün qeyd edilməsi təşəbbüsü ilə çıxış edib.

“Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “1 mart - Ümumdünya İmmunitet Günü” ilə əlaqədar Bakı şəhəri M. Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekoerudit” ekoklub üzvlərinin iştirakı ilə “Möhkəm immunitet sağlam həyatın əsasıdır” mövzusunda tədbir keçirilib. Gənc ekoloqların fəal iştirakı ilə virus xəstəliklərinin yayılması səbəbləri, xəstəliklərin qarşısının alınmasında düzgün qidalanmanın əhəmiyyəti, insanın orqanizminin etibarlı sipəri olan immun sistemini möhkəmləndirən qida məhsulları, vitaminlərin və mineral maddələrin faydası geniş müzakirə olunub. Məktəblinin qida rasionu, orqanizm üçün zəruri olan zülallar, yağlar, kabohidratlar və vitaminlər, qida piramidası, “fast food” məhsullarının zərərli təsiri barədə məlumatlar təqdimatda nümayiş etdirilib. Tədbirdə iştirak edən ekoklubun rəhbəri, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-in direktor müavini, b.f.d. Lalə Dadaşova, məktəbin psixoloqları Arzu Məmmədova, Günel Mahmudzadə, həkim Ramidə Həsənova şagirdlərə sağlam həyat tərzi, idmanın insan həyatında rolu, geni dəyişdirilmiş məhsulların (GMO) sağlamlığa təsiri, ekoloji təmiz məhsullar, gündəlik düzgün qidalanma qaydaları, qidalanmanın psixoloji aspektləri barədə ətraflı məlumat verərək şagirdlərin suallarını cavablandırıblar. Gənc ekoloqlar “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramının “Yaşıl bufet” nominasiyası üzrə məktəbin yeməkxanasında keçirilən monitorinqin, məktəblilər arasında düzgün qidalanma barədə anket sorğusunun nəticələrinə əsasən menyuda şagirdlərin daha çox üstünlük verdikləri qida məhsullarını və milli yeməkləri qeyd ediblər. İmmuniteti möhkəmləndirən meyvələr təqdim olunaraq faydası izah edilib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Sağlam bitkilər, sağlam planet” adlı iş kitabçaları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ tərəfindən gənc ekoloqlara hədiyyə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi