İdman həftəsinə start verildi
5 Mart “Bədən tərbiyəsi və idman günü” ərəfəsində məktəblərdə keçirilən idman həftəsi ilə əlaqədar olaraq bugünkü günün proqramında nəzərdə tutulan fəaliyyətlər həyata keçirildi. Belə ki, 3-cü və 4-cü siniflərdə idman növləri haqqında viktorina təşkil edildi. Sual-cavab formatında keçirilən viktorinada müxtəlif idman növlərinə aid suallar öz əksini tapmışdır. Yarışmada 4c sinfi 1-ci yer, 4e sinfi 2-ci yer, 4d sinfi 3-cü yer tutmuşdu.
Gün ərzində keçirilən 7-ci siniflər arasında “Şən startlar” estafet yarışı isə çox maraqla qarşılandı. Estafet yarışında şagirdlərin sürət qabiliyyəti, sürət-güc qabiliyyəti, elastiklik qabiliyyəti, çeviklik qabiliyyəti yoxlanıldı. Topun baş üzərindən ötürülməsi, maneələr üzərindən qaçış, 30 metrə qaçış, basketbol topunun çilənərək səbətə atılması yarışda keçirilən oyunlardan idi.