İdmançıların yarışa hazırlığının psixoloji yanaşması mövzusunda dəyirmi masa keçirildi


Bu gün məktəbimizdə 27 fevral-3 mart 2023-cü il İdman həftəsi çərçivəsində 
İdmançıların yarışa hazırlığının psixoloji yanaşması mövzusunda dəyirmi masa 
keçirildi. Dəyirmi masanı giriş sözü ilə direktor əvəzi Bəsti Ağayeva açaraq mövzu ilə 
bağlı məlumat verdi. İdmanın insan həyatında əhəmiyyətindn bəhs edən Bəsti 
Ağayeva bildirdi ki, idman insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol 
oynayır. İdman insanı həm fiziki, həm də mənəvi cəhətdən gücləndirir. Sonra 
məktəbin psixoloqu Arzu Məmmədova idmançıların yarışa hazırlığının psixoloji 
yanaşması mövzusunda məruzə ilə çıxış edərək ətraflı məlumat verdi. İdmanın insan 
həyatındakı rolundan bəhs edən psixoloq bildirdi ki, idman və psixologiya vəhdət 
təşkil edir.Mübarizədə bədən bir alət, onu yönəldən və idarə edən isə ağıl və ruhdur. 
İdman — gənc nəslin gündən-günə artan potensialını qurub-yaratmağa yönəldə bilən 
güclü bir mexanizmdir. Yarış idmançının xüsusi psixoloji gərginlik şəraitində 
hazırlığını özündə əks etdirən bir güzgüdür. Təşkilatçı müavin Rəvanə Məmmədova 
da mövzunun aktuallığından bəhs edərək şagirdlərə tövsiyələrini verdi. Məktəbin 
psixoloqu Günel Mahmudzadə idmanın insan psixologiyasına müsbət təsirindən 
danışdı. Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırıldı, fikir mübadiləsi aparıldı. 
Dəyirmi masa şagirdlərin maraqlı fikirləri ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi