Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş siniflərarası ənənəvi idman yarışları keçirildi

26-28 dekabr tarixlərində məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş siniflərarası ənənəvi idman yarışları keçirildi. Komandalar əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə 1 /4 final, yarımfinal və final oyunlarında iştirak etdilər. Qeyd edək ki, yarışlarda hansı oyunların keçiriləcəyi və qrafiki haqqında şagirdlərə əvvəlcədən məlumat verilmişdi. Ənənəvi yarış Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başladı. Daha sonra münsiflər öz yerini tutdu və püşkatmaya əsasən oyunlara start verildi. Dekabrın 28-də finala çıxan komandaların oyunu keçirildi. Şagirdlər böyük həvəslə bu oyunlarda iştirak etdilər. Qalib komandalara ənənəvi idman yarışlarının keçici kubokları verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi