Qisasın alındı artıq, Xocalı!
Bu gün məktəbimizdə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı "Qisasın alındı artıq, Xocalı!" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Xocalı soyqırımında şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Qonaqlara və izləyicilərə tədbirlə bağlı xüsusi hazırlanmış bukletlər paylanıldı. "2ç sinif şagirdləri şəhid olmuş 63 uşağın xatirəsinə həsr edilmiş "Xocalı mələkləri" adlı kompazisiya ilə çıxış elədilər. Daha sonra 11 b sinif şagirdi Nəzrin Məmmədovanın təqdimatında tədbirin təşkilatçısı, Xocalı faciəsinin şahidi, məktəbimizin Uşaq Birliyi Təşkilatı Rəhbəri Gülnar Kərimovanın həyatından bəhs edən monoloq izləyicilər tərəfindən rəğbətlə qarşılandı. Tədbirə dəvət edilmiş qazilər öz çıxışlarında Vətənin hər qarışı uğrunda candan keçməyin ən ali hiss olduğundan, Xocalının qisasının 44 günlük Vətən Müharibəsində alındığından qürurla söhbət açdılar. Sonda məktəbimizin Xor dərnəyinin ifasında "Xudayar təsnifi" səsləndirildi. Tədbir təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayevanın çıxışı ilə sona çatdı.