Məişət zorakılığı və onun fəsadları adlı maariflndirici dəyirmi masa keçirildi
22.02.2023-cü il tarixdə məktəbimizdə məişət zorakılığı hallarına qarşı profilaktik
və maarifləndirici məzmunlu dəyirmi masa keçirildi. Dəyirmi masada pedaqoji
heyətin üzvləri, yeddi-səkkizinci sinif şagirdləri, təcrübəçilər iştirak edirdilər.
Məktəbin psixoloqu Arzu Məmmədova dəyirmi masa iştirakçılarına məişət zorakılığı
haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu qəsdən törədilən mənfi xarakterli fiziki
və ya psixoloji təsir etməkdir. Məişətdə baş verən zorakılıq hallarından bəhs edən
A.E.Məmmədova onun fəsadları və insan psixologiyasına vurduğu zərbələrdən
danışdı. Bu cür halların yolverilməz olduğunu və bu sahədə mütəmadi maarifləndirmə
işinin vacibliyini ön plana çəkdi. Direktor əvəzi Bəsti Ağayeva, təşkilatçı müavin
Rəvanə Məmmədova, təcrübəçilər zorakılıq hallarının yolverilməz olduğunu
bildirdilər və müvafiq mövzularda tədbirlərin əhəmiyyətindən bəhs etdilər. Dəyirmi
masa şagirdlərin müzakirələrə qoşulması və sualların cavablandırılması ilə başa çatdı.