21 Fevral Beynəlxalq Ana Dili Günüdür.

Bu gün  həm özəl,həm də gözəl bir gündür.
Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü 
mənalandıran, xəyallarımızı qanadlandıran, 
dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə 
səslənən bir dildir. 
Ana dili bizim varlığımız, vüqarımız, fəxr 
dünyamızdır. 
    Dilin gözəlliyi həm də onu işlədənlərdən, 
onların nitq bacarığından asılıdır. Biz 
çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini 
qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq 
özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. 
Ana dili bizim həyatımız, inamımız və 
qeyrətimizdir, dünənimizdən sabahımıza salınan 
mənəvi körpüdür. 
Bizim müqəddəs borcumuz onu qorumaq və 
inkişaf etdirməkdir.

Doğma dilim, sən ki varsan dünyada!
«Mən də varam!» söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi