“Tarix: şəxsiyyətlər və proseslər” məktəblilərin respublika tədqiqat və yaradıcılıq işləri müsabiqəsinin açılışı

Fevralın 3-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni istifadəyə verilmiş tədris 
binasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Tarix: 
şəxsiyyətlər və proseslər” məktəblilərin respublika tədqiqat və yaradıcılıq işləri müsabiqəsinin 
açılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya 
və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, tarix elmləri doktoru Dilarə Seyidzadə, 
ümumtəhsil məktəblərinin direktorları, məktəblilər, elm və incəsənət nümayəndələri iştirak 
ediblər.
Müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, 
milsiz xidmətlərinin uşaq və gənclərə aşılanması, məktəblilərin ictimai fəallığının 
formalaşdırılması, onların tədqiqat və yaradıcılıq qabiliyyətlərinin inkişafını təkmilləşdirməklə, 
onları təhsilə cəlb etməklə şəxsiyyətin intellektual və yaradıcı potensialının inkişafının 
stimullaşdırılmasından ibarətdir. Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin 
“Ekoerudit” ekoklubun lideri Yusif Abdullayev digər təhsil müəssisələrinin ekoklub liderləri ilə 
birlikdə tədbirin plenar sessiyalarında, interaktiv master-klas və sərbəst müzakirələrdə fəal iştirak 
edib.
https://edu.gov.az/az/news-and-updates/19563-1  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi