"Kvadrat köklər" mövzusunda təqdimat müsabiqəsinə baxış keçirildi

Dekabrın 22-də riyaziyyat aylığı çərçivəsində 8-ci siniflər arasında "Kvadrat köklər" mövzusunda təqdimat müsabiqəsinə baxış keçirildi. Şagirdlər kvadrat köklərin riyaziyyata daxil olma tarixinə, radikal işarəsinin yazılmasına, kökaltı ifadələrin çevrilməsinə dair çox maraqlı slaydlar hazırlamışdılar. Hər bir sinif 5 nəfərdən ibarət komanda heyəti ilə çıxış edirdi. Təqdimatlar münsiflər heyəti tərəfindən nitqin səlisliyi, elmilik, slaydların orijinallığı, həyatla əlaqələndirilməsi meyarları əsasında qiymətləndirildi. Münsiflərin yekdil qərarı ilə "8 c" sinfi təqdimat müsabiqəsinin qalibi oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi