Azadlıq hayqırtısı-zəfər səsləri

Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Azadlıq hayqırtısı-zəfər səsləri" adlı dəyirmi masa keçirildi. Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə müxtəlif çıxışlar səsləndirildi. Tarix müəllimi Nüşabə Qarayevanın, Hərbi Rəhbər Telman Məmmədovun çıxışları maraqla qarşılandı. Onlar şahidi olduqları bu hadisələrdən şagirdlərə ürək yanğısı ilə söhbət açdılar. Diqqətə çatdırıldı ki, 33 il əvvəl müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli zamanları məhz bu günlərdə yaşanıb. Vurğulandı ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfində bu hadisələrə ilk dəfə hüquqi-siyasi qiymət verildi və bu bəşəri cinayətin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi qəlbimizdə əbədi yaşayır. Məhz ümummillli liderin hakimiyyətə yenidən qayıdışından sonra şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onlara qayğının gücləndirilməsi şagirdlərin diqqətinə çatdırıldı. Tədbirin sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva öz fikirlərini bölüşərək Azərbaycan tarixində önəmli mərhələ təşkil edən bu cür qanla yazılan tarixlərin qeyd olunmasının və yaşadılmasının vacibliyini vurğuladı. Tədbirin yekununda Uşaq Birliyi Təşkilatı Rəhbəri Gülnar Kərimova və 9-cu siniflərin  şagirdlərinin birgə hazırladıqları kompazisiya tədbir izləyiciləri tərəfindən rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi