Ad günün mübarək, əzizimiz Zamin!

Yadınızdadırsa, saytımızda “Siz də bizə qoşulun!” başlığı altında xəbər yazılmışdı. Bu məqalədə “İnfotibb” beynəlxalq sağlamlıq jurnalının əməkdaşları ilə birlikdə ağır qan xəstəliyindən əziyyət çəkən Zamin Həsənligilə getməyimizdən söhbət açmış və bu görüşün şəkillərini saytımızın oxucularına təqdim etmişdik. Görüş zamanı Zamin bizi dekabrın 20-də olacaq ad gününə dəvət etmişdi. Bu gün hamımız Zamingilə getdik. Onun vəziyyətinin yaxşılaşdığını, yataqda olmadığını görüncə çox sevindik. Aldığımız tortu və hədiyyələri ona təqdim etdik. Birlikdə çay içdik, xeyli söhbət etdik. Zamin, anası Aidə xanım, atası Səhhət müəllim gəlişimizə çox sevindilər. Sonda birlikdə şəkil çəkdirdik. Ad günün mübarək, əzizimiz Zamin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi