“Aksiomlar” mövzusunda qabaqlayıcı tapşırıqlı dərs

Bu gün 7”b” sinfində “Aksiomlar” mövzusunda daha bir qabaqlayıcı tapşırıqlı dərslə tanış olduq. Şagirdlər elmi araşdırmalar aparmış, aksiomlar haqqında xeyli məlumat toplamışdılar. Onlar həndəsə elminin ilk vaxtlarda, əsasən, təcrübələrdən alınmış ayrı-ayrı faktlar şəklində meydana gəlməsindən, bizim eradan əvvəl III əsrdə yaşamış yunan alimi Evklidin bu faktları toplayıb sistemə salmasından, doğruluğunu isbatsız qəbul etdiyimiz təkliflərdən , yəni aksiomlardan ətraflı danışdılar. Dərsin aparıcısı 7b sinif şagirdi Əzizov Vüsal sinfi qruplara ayırdı və hər qrupa aksiomlara dair iş tapşırdı. Qruplar onlara verilən aksiomlara aid çoxlu nümunələr təqdim etdilər, öz nümunələrini həyatla əlaqələndirdilər. Fikirlər slaydlarla nümayiş etdirildi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi