"Xalqıma azadlıq bəxş edən gün" 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş toplantı keçirildi

1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. O tarix ki, Azərbaycan xalqı 33 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.

Müasir Azərbaycan tarixinin hüznlü, eyni zamanda, qürur mənbəyi olan 20 Yanvar faciəsinin 33-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, məktəbimizdə də silsilə tədbirlərlə qeyd olunur.

Tədbirdə iştirakçıları qeyd etdilər ki, 33 il əvvəl  Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror idi. Ulu Öndər Heydər Əliyevin 20 yanvar gecəsi belə bir zirvəni fəth edən Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək söylədiyi “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcək. Bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli iftixarımızdır” dəyərli fikri hər birimiz üçün örnəkdir. Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Onun təşəbbüsü ilə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi