7-ci sinifdə qabaqlayıcı tapşırıqlı dərs keçirildi

Riyaziyyat aylığı çərçivəsində məktəbimizin 7-ci siniflərinə qabaqlayıcı tapşırıqlı dərslər hazırlamaq həvalə olunmuşdu. Bu gün 7”a” sinfində “Simmetriya” mövzusunda belə bir dərs keçirildi. Şagirdlər əvvəlcədən mövzuya dair materiallarla, resurslarla tanış olmuş, təqdimatlar hazırlamışdılar. Dərs sinif şagirdləri tərəfindən aparılırdı. Şagirdlər qruplara bölünərək, yeni mövzu üzrə onlara verilən tapşırıqları yerinə yetirdilər. Onlar simmetriyanın həyatla əlaqəsini və riyazi növlərini slaydlarla ətraflı əks etdirdilər. Sonda əvvəlcədən təyin olunmuş meyarlar üzrə qrupların qiymətləndirilməsi aparıldı. Nəticə olaraq, mərkəzi və ox simmetriyasından istifadə etməklə müxtəlif fiqurların simmetrik qurulması öyrənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi