"Riyaziyyatın tətbiq sahələri" mövzusunda təqdimat müsabiqəsinə baxış
Dekabrın 16-da riyaziyyat aylığı çərçivəsində 6-cı siniflər arasında "Riyaziyyatın tətbiq sahələri" mövzusunda təqdimat müsabiqəsinə baxış keçirildi. Şagirdlər riyaziyyatın tətbiq olunduğu inşaat-memarlıq, tibb, musiqi, kulinariya, bir sözlə, bütün sahələr haqqında çox maraqlı slaydlar hazırlamışdılar. Hər bir sinif 5 nəfərdən ibarət komanda heyəti ilə çıxış edirdi. Təqdimatlar münsiflər heyəti tərəfindən nitqin səlisliyi, elmilik, slaydların orijinallığı, həyatla əlaqələndirilməsi meyarları əsasında qiymətləndirildi. Münsiflərin yekdil qərarı ilə "6 b" sinfi təqdimat müsabiqəsinin qalibi oldu.