“Toplama və çıxmanın qarşılıqlı əlaqəsi” mövzusunda interaktiv dərs keçirildi
Bu gün 3 ç sinfində “Toplama və çıxmanın qarşılıqlı əlaqəsi” mövzusunda açıq dərs keçirildi. Sinif müəllimi Nigar Həsənova şagirdləri qruplara ayıraraq, maraqlı bir interaktiv dərs nümunəsi təqdim etdi. Müəllim ekranda böyük bir çobanyastığı gülü işıqlandırdı. Gül fırlandıqca hər bir qrup onlara tapşırılan rəqəm kompozisiyası üzərində iş aparırdı. Şagirdlər hazırladıqları təqdimat işləri ilə çıxış etdilər. Dərs arası musiqili idman dəqiqələri keçirildi. Sonda şagirdlər yeni mövzu üzrə onlara verilən tapşırıqları bacarıqla yerinə yetirdilər və qoyulan tədqiqat sualına cavab verdilər. Dərs çox maraqlı və rəngarəng keçdi.