STEAM layihəsi çərçivəsində komandamızın uğuru
STEAM layihəsində çərçivəsində "İron Fist" komandasının layihəsi dönüşümə əsaslanan qlobal ekoloji problemlərin həllinə əsaslanır. Komandanın tərkibində məktəbimizin 7b sinif şagirdi Ələsova Məryəm Mətləb qızı iştirak edir. Hamıya məlumdur ki, plastik materialların çürüməsi və həll olması 400 ildən yuxarı müddətə baş verir. Bu tipdən olan materialların geri dönüşümə səmərəli , əlçatan, rahat göndərilməsi üçün komanda bir qurğu hazırladı. Qurğu ətraf mühiti qorumaqla plastik, şüşə, alüminium materiallardan olan butulkaları yenidən emal edilməsi üçün toplayır və toplanılan material dəyərində çek verir. Bu çeki isə marketlərdə işlətmək mümkün olacaqdır. Layihədə məqsəd həm bu tipdən olan tullantı materialların ətrafa atılaraq ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, həm də bu materialların toplanmasında insanlar arasında maraq oyatmaqdır.
Hazırlanan bu layihə Almaniyada, o cümlədən bir sıra Avropa ölkələrində istifadə olunsa da şagirdlərimiz bu qurğunun Azərbaycanda da tətbiq edilməsini istəyirlər.
Qurğunun daxilində ekran modulu, QR-kod oxuyucu modul, lazer və Arduino Uno mikrokontrollerindən istifadə edilib. Bu modulları naqillər vasitəsi ilə birləşdirərək qurğunun gövdəsinə bərkidilib. Qurğunun gövdəsində bu modullardan başqa qurğunun üzərində butulkaların qəbul edilməsi üçün oyuq var. Oyuq vasitəsi ilə qurğu butulkanı qəbul etdikdən sonra butulkanın həcmindən asılı olaraq onu qiymətləndirir. Daha sonra bir neçə butulkanı qəbul etdikdən sonra sonda hesablama yerinə yetirərək toplam miqdarı ortaya çıxarır. Bu miqdarı çek vasitəsilə istifadəçiyə ötürür. İstifadəçi çeki qəbul etdikdən sonra mağazalarda işlədə bilər. Toplanmış butulkalar geri dönüşüm üçün fabriklərə yola salınır. Şagirdlərimiz bu layihə üzrə çıxış edərək uğur qazandılar.