Ekoklub üzvləri “Suyun qoruyucuları” adlı maarifləndirmə tədbirində iştirak ediblər

Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin birgə əməkdaşlığı ilə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı şəhəri ümumi təhsil müəssisələrində fəaliyyət göstərən ekoklub üzvlərinin iştirakı ilə “Suyun qoruyucuları” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsəd sudan səmərəli və dayanıqlı istifadənin təbliği, suyun insanlar üçün əhəmiyyəti, Azərbaycanda su hövzələrinin çirklənməsi və qarşısının alınması yolları, işğaldan azad olunmuş rayonlardan keçən transsərhəd çaylarin ekoloji vəziyyəti haqqında uşaq və gənclərin maarifləndirməsidir. Bakı şəhəri M. Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekoerudit” ekoklubun üzvləri Fatimə Xanəhmədli və Məhəmməd İbrahim “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, su ilə bağlı problemlər, maarifləndirmə” mövzusunda təqdimat ətrafında müzakirələrdə və sual-cavabda fəal iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi və departamentin iş prosesi, ölkədə su hövzələrinin monitorinqi prosesi barədə məktəblilərə ətraflı məlumat verərək, hidrometeoroloji stansiyaların iş prinsipi, işğaldan azad olunmuş rayonlarda hidrometeoroloji şəbəkənin tez bir zamanda bərpa olunmasının nəzərdə tutulduğunu bildirib. RUGİM-in direktoru e.ü.f.d Firuzə Sultan-zadə suyun insanlara təsiri, əhəmiyyəti, sudan dayanıqlı istifadədə uşaq və gənclərin rolunun vacibliyini qeyd edib. Gənc ekoloqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Səyyar Laboratoriyasında suyun monitorinqi prosesinin gedişatı, su nümunələrinin çirklənmə analizi prosesi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na əsasən keçirilib. Tədbirdə fəal iştirak edən ekoklub üzvləri Fatimə Xanəhmədli və Məhəmməd İbrahimə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin sertifikatları təqdim olunub.

https://www.facebook.com/photo/?fbid=589013599686425&set=pcb.589042359683549   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi