Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi
Bu gün məktəbimizdə ümummilli lider Heydər Əliyevin anım günü keçirildi. "Milli qüdrət simvolu" başlığı altında keçirilən tədbir dördüncülərin iştirakı ilə baş tutdu. Şagirdlər dahi şəxsiyyətin həyatına nəzər saldıqdan sonra Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində gördüyü işlərdən bəhs etdilər. Onlar Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edllib zənginləşdirilməsini, müstəqilliyin möhkəməndirilməsini, onun əbədi, dönməz xarakter almasını, dinamik iqtisadi inkişafın, ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artmasını H. Əliyev adı ilə bağlı olduğunu vurğuladılar. 4-cülər ona ithaf edilən şeir və bəstələrlə tədbirə davam etdilər. "Kiçik heydərçilər" həmişə onun adına layiq olacaqlarına və onun ideyalarını hər zaman yaşadacaqlarına söz verdilər. Tədbiri müxtəlif çıxışlarla yekunlaşdırdılar.