Zorakılıq hallarına qarşı profilaktik və maarifləndirici tədbir keçirildi

 06.12.2022-ci il tarixdə məktəbimizdə zorakılıq hallarına qarşı profilaktik və 
maarifləndirici məzmunlu dəyirmi masa keçirildi. Dəyirmi masada pedaqoji heyətin 
üzvləri, valideynlər, yeddinci sinif şagirdləri iştirak edirdilər. Məktəbin psixoloqu 
Arzu Məmmədova dəyirmi masa iştirakçılarına ümumtəhsil məktəblərində zorakılığın 
növləri və formaları haqqında ətraflı məlumat verdi. Bullinq hallarından bəhs edərək 
bildirdi ki, bu qəsdən törədilən mənfi xarakterli fiziki və ya psixoloji təsir etməkdir. 
Məktəblərdə baş verən bullinq hallarından bəhs edən A.E.Məmmədova onların 
fəsadları və insan psixologiyasına vurduğu zərbələrdən danışdı. Bu cür halların 
yolverilməz olduğunu və bu sahədə kollektiv işin vacibliyini ön plana çəkdi. Direktor 
müavini Rəvanə Məmmədova, UBTR Gülnar Kərimova, sinif rəhbəri Mehparə 
Babayeva, ingilis dili müəllimi Günel Əliyeva, valideyn Nənəş Abdullayeva da 
zorakılıq hallarının, ayrıseçkiliyin yolverilməz olduğunu bildirdilər və müvafiq 
mövzularda tədbirlərin əhəmiyyətindən bəhs etdilər. Dəyirmi masa şagirdlərin 
müzakirələrə qoşulması və sualların cavablandırılması ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi