Erkən nigah və onun fəsadları
Bu gün məktəbimizdə “Erkən nikah və onun fəsadları”adlı dəyirmi masa keçirildi. Dəyirmi masada pedaqoji heyət üzvləri, yuxarı sinif şagirdləri iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə məktəbin psixoloqu Arzu Məmmədova açaraq erkən nikah və onun fəsadları haqqında ətraflı məlumat verdi. Bildirdi ki, erkən nikah halları insan psixologiyasına ciddi zərbə vurur. İnsanın həm fiziki, həm də psixoloji cəhətdən tükənməsinə səbəb olur. Erkən nikahlar təkcə ayrı-ayrı ailələr və insanların taleyini məhv etməklə qalmır, eyni zamanda cəmiyyət içərisində də öz mənfi izlərini qoyur. Sinif rəhbəri Aliyə Balametova da erkən nikahların törətdiyi fəsadlar haqqında danışdı. Şagirdlərə öz tövsiyələrini verdi. Məktəbin psixoloqu Günel Mahmudzadə də erkən nikahların səbəb olduğu faciələrdən bəhs etdi. Bildirdi ki, erkən nikahlar əksər hallarda uğurlu olmur. Tibb bacısı Ramidə Həsənova erkən nikahlar nəticəsində insan orqanizmində baş verən fəsadlar, ana və uşaq ölümləri, yaxın qohumlar arasındakı nikahın xəstəliklərə səbəb olması haqqında məlumat verdi. Sonra dəyirmi masada şagirdlər də müzakirələrə qoşularaq erkən nikah hallarına öz münasibətlərini bildirdilər. Şagirdlər tərəfindən ünvanlanan sualların cavablandırılması ilə dəyirmi masa yekunlaşdı.