Günəşi özündə boğma !

Bu gün məktəbimizdə “Günəşi özündə boğma!” – narkomaniya və onun fəsadlarının təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada pedaqoji heyət, məktəblinin dostu, tibb bacısı, yuxarı sinif şagirdləri iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə məktəbin direktoru Rəna Süleymanova açaraq mövzunun aktuallığından bəhs etdi. Bildirdi ki, narkomaniyanın qarşısının alınmasında maaarifləndirici və profilaktik tədbirlərin xüsusi əhəmiyyəti var. Məktəbin psixoloqu Arzu Məmmədova narkomaniya ilə bağlı dəyirmi masa iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, narkomaniya bəşəri bəladır. İnsanın, xüsusilə gəncliyin sürətli məhvinə səbəb olur. Narkomaniya gələcəyin məhvi- mənəvi, əxlaqi, sosial, fiziki tənəzzülün başlanğıcıdır. Narkotik maddələrdən asılılıq psixi və fiziki məhvə səbəb olmaqla yanaşı, həm də cinayətkarlığın yayılmasına təkan verir. Sonra tərbiyə işləri üzrə direktor müavini Rəvanə Məmmədova narkotik maddələrdən asılılığın nəticələri haqqında şagirdlərə məlumat verdi. Tibb bacısı Ramidə Məmmədova narkotik maddələrin insan orqanizminə vurduğu zərbələr haqqında danışdı. Məktəblinin dostu Nigar Abbasova mövcud bəlaya düçar olmamaq üçün  nələrə diqqət etmək lazım olduğu haqqında şagirdlərə tövsiyələr verdi. Dəyirmi masanın sonunda şagirdlərlə fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi