Narkotiklə başlayan dostluq ölümlə bitər

   Bu gün məktəbimizdə pedaqoji heyətin, yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkotiklə başlayan dostluq ölümlə bitər“ adlı maarifləndirici, profilaktik məzmunlu toplantı keçirildi. Toplantını giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəvanə Məmmədova açdı. Sonra məktəbin psixoloqu Arzu Məmmədova narkomaniya və onun fəsadları haqqında ətraflı məlumat verdi. Bildirildi ki, narkomaniya insanın həm psixi, həm də fiziki məhvinə səbəb olur. Narkotik maddələrdən asılılıq insanın mənəvi cəhətdən yox olması deməkdir. Məktəbin tibb bacısı Ramidə Həsənova da yuxarı sinif şagirdlərinə narkotik maddələrin insan orqanizmində yaratdığı fəsadlar haqqında məlumat verdi. Narkotik maddələrdən asılılığın ayrı-ayrı orqanlara vurduğu zərbə sağalmaz xəstəliklərə, ölümə aparır. Hərbi rəhbər Telman Məmmədov bildirdi ki, narkotik maddələrdən istifadə gəncliyin və gələcəyin məhvi deməkdir. Gəncliyimiz həm də xalqımızın gələcəyidir. Ona görə gənclərin mənəvi sağlamlığı bütövlükdə bir xalqın sağlamlığı deməkdir!  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi