"Futbol bizim həyatımızdır" adlı dostluq yarışı

17-19 noyabr tarixlərində məktəbimizdə PASCH layihəsi çərçivəsində həm müəllim, həm də şagirdlər üçün müxtəlif tədbirlər keçirildi. Belə ki, tədbirdə təkcə PASCH layihəsi tərkibində olan məktəblər deyil, həm də rayon və bölgələr üzrə olan məktəblərdən şagird və müəllimlər də qatılmışdılar. Şagirdlər üçün nəzərdə tutulmuş payız tətili günlərindəki tədbir "Futbol bizim həyatımızdır" başlığı altında həyata keçirildi. Futbol oyunları 10 məktəb üzrə alman dilinə mükəmməl yiyələnmiş şagirdlər arasında keçirildi. Noyabrın 17-də bu məktəblər sırasında BSU liseyi, Tusi məktəbi, Abşeron rayonunun Aşağı güzdək kənd tam orta məktəbi, Landau məktəbi və Yevlax şəhəri üzrə iki məktəbdən yığılmış komandarı dostluq görüşündə iştirak etdilər. Noyabr ayının 18-də isə 160 nömrəli gimnaziya, Balakən rayonunun Talalar kənd tam orta məktəbi, Bakı şəhərinin 6 nömrəli tam orta məktəbi və ev sahibliyi edən məktəbimizin futbol komandaları yarışda iştirak etdi. Bu dostluq görüşlərində iştirak edən komandalar, nəhayət, noyabr ayının 19-da final yarışında iştirak etdilər. Final görüşündə 18 nömrəli tam orta məktəbin komandası I yerə layiq görüldü. Futbol yarışında iştirak etmiş bütün şagirdlər sertifikatlar ilə mükafatlandırıldı. I,II və III yerin sahibləri sertifikatlarla bərabər, medallarla da təltif edildilər. Nəzərinizə çatdıraq ki, bu yarış Höte İnstitutu, alman dili müəllimləri birliyi (DLV), portnyor məktəblər, Alman oxu zalı və 18 nömrəli tam orta məktəbin birgə hazırladıqları layihə çərçivəsində təşkil olunmuşdu. 

Futbol yarışında iştirak  edən hər bir şagird növbəli şəkildə layihənin Gürcüstan və Azərbaycan üzrə koordinatoru Florian Tak tərəfindən keçirilən alman dili dərslərində iştirak etdilər. Bundan əlavə, 25 nəfər olmaqla, şagirdlərimiz Alman oxu zalında futbol haqqında filmi izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi