Zəfərə gedən yol riyazi hesablamalarda
Bu gün məktəbimizdə riyaziyyat aylığı çərçivəsində "Zəfərə gedən yol riyazi hesablamalarda" adlı təqdimat müsabiqəsi keçirildi. 7-cilər arasında keçirilən bu müsababiqə hər kəs tərəfindən maraqla qarşılandı. 6 nəfərdən ibarət komanda heyəti ilə çıxışlar edən hər sinfin özünəməxsus mövzusu var idi. Mövzular müxtəlifliyi ilə bir-birindən seçilirdi. Riyaziyyat aylığı çərçivəsində təqdim olunan mövzuların məhz noyabr ayında nəzərdə tutulması heç də təsadüfi deyildi. Belə ki, zəfər ayı çərçivəsində keçirilən bu təqdimatlar torpaqlarımızın azad olunma tarixlərini xüsusi məsələ və riyazi tapşırıqlarla özündə əks etdirirdi.
Təqdimatın mövzuları aşağıdakılar idi: "Dəmir Yumruğun Suqovuşan zərbəsi"- 7a; "Bakıdan 496 km-likdə: Ağdam"- 7b; "Cəbrayıl rayonu: Xudafərin körpüsü"- 7c; "Füzuli:ərazi- 1386 km2, 16 qəsəbə, 82 kənd"- 7ç; "Koordinatlar Şuşaya aparır"- 7d; "Ağıllı şəhər- Zəngilan"- 7c; "Bütün yollar Laçın dəhlizinə aparır"- 7ə.
Təqdim olunan mövzularda şagirdlər müxtəlif məsələlər, tapşırıqlarla çıxış etdilər. Maraqlı məqamlar onda idi ki, şagirdlər bütün məsələləri azad olunan ərazilərimizin riyazi faktorlarından istifadə edərək qurmuşdular. Hazırladıqları videoçarxlar isə xüsusi maraqla qarşılandı. Məktəb rəhbərliyindən ibarət münsiflər heyəti bütün çıxışları izləyərək sinifləri I,II,III yerlərə layiq görərək Fəxri Fərmanlar ilə təltif etdilər. I yerə 7d sinfi, II yerə 7ç, 7a sinifləri, III yerə isə 7c və 7ə sinifləri layiq görüldülər.