Alman ongünlüyünə start verildi
Bu gün məktəbimizdə PASCH layihəsi çərçivəsində alman ongünlüyünə start verildi. Məktəbin geniş foyesində təşkil olunan tədbirə bu layihə çərçivəsində iştirak edən məktəblərin alman dili müəllimləri, qonaqlar, valideynlər və layihənin Azərbaycan üzrə koordinatoru Florian Tak dəvətli idilər.Tədbiri məktəbin direktoru R. Süleymanova açıq elan etdikdən sonra 5-ci sinif şagirdləri "Guten Tag, hallo wie geht`s" mahnısı ilə gələn qonaqları salamladı. Sonra şagirdlər Almaniyanın görkəmli şəxsiyyətləri haqqında almanca qısa məlumat verərək "Lorelay" şeirindən bəndlər səsləndirdilər. Bundan başqa şagirdlərimiz alman dilində söylədikləri yanıltmac və yumorlarla gələn qonaqlarda maraq yaratdılar. Daha sonra 6-cı sinif şagirdi Eva Həsənova alman bəstəkarı F. Şubertin "Gecə serenadası" əsərini pianoda ifa etdi. Şagirdlərimizin hazırladığı açılış bütün qonaqlar tərəfindən xoş və maraqla qarşılandı. Tədbirin sonunda şagirdlər Alman-Azərbaycan dostluğunu simvolizə edən M.Maqomayevin "Azərbaycan" mahnısını Almaniyadan gələn qonaqlarla birlikdə hər iki dildə səsləndirdilər.
Sonra qonaqlar layihə haqda təşkil olunan dəyirmi masada valideynlərlə söhbətlər apardılar.