Meydandan zəfərə doğru

1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqına, azadlığına və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi.

 1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunmağa başlandı. Xalqımızın tarixi günlərinə xüsusi həssaslıqla yanaşan şagirdlərimiz bu günü  öz şeirlərində, hazırladıqları kiçik səhnəciklərində əks etdirdilər. Belə ki, məktəbimizin 4b sinfində Milli Dirçəliş Günü xüsusi qeyd edildi. Tədbirdə sinif rəhbəti Təhminə Ağayeva bu günün önəmini və məsuliyyətini bir daha şagidlərin nəzərinə çatdıraraq onlara Dirçəliş Gününün yaranma tarixindən,xalqımızın azadlıq uğrunda keçdiyi uzun və amansız yoldan bəhs etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi