2a “Sağlam təhsil” sinfində “Pullarımız. Qəpik pullar” mövzusunda açıq dərs keçirildi
Dekabrın 1-dən məktəbimizdə riyaziyyat və fiziki tərbiyə aylığına start verildi. Aylıq 2a “Sağlam təhsil” sinfində “Pullarımız. Qəpik pullar” mövzusunda nümunəvi dərslə açıq elan edildi. Dərsdə həm cütlər, həm də qrup dərs formalarından istifadə olundu. Qəpik pullar proyektor vasitəsilə nümayiş etdirildi. Şagirdlər qəpik pullar üzərində təsvir olunan simvollarla tanış oldular. Əvvəlcə cütlərlə iş aparıldı. Şagirdlər qəpik pullardan hansının çatışmadığını aydınlaşdıraraq, hesablamalar apardılar və öz təqdimat işləri ilə çıxış etdilər. Sonra sinif qruplara bölündü. Qruplar onlara verilmiş qəpiklərdən müxtəlif kombinasiyalar düzəltdilər və sxemlər hazırladılar. Dərs ərzində “Sağlam təhsil” siniflərinə xas olan göz və boyun əzələlərinin hərəkət-məşqi də aparıldı. Şagirdlər dərsdə çox fəal iştirak etdilər. Dərsdə ibtidai sinif müəllimləri, riyaziyyat müəllimləri, məktəbdə təcrübə keçən təcrübəçilər və valideynlər iştirak etdilər.