Tarix aylığına yekun vuruldu
Noyabrın 30-da bir ay davam edən tarix aylığına yekun vuruldu. Aylıq çərçivəsində açıq və nümunəvi dərslər, elmi-praktik konfrans, radio-efir, təqdimat müsabiqəsi, debatlar, dəyirmi masa və tok-soular, məqbullar, qabaqlayıcı tapşırıqlı qeyri-standart dərslər keçirildi. Tarix aylığı haqqında məlumatlar mütəmadi olaraq saytımızda yerləşdirilirdi. Aylığın bağlanışı da yaddaqalan oldu. Belə ki, 6-cı sinif şagirdləri arasında çox maraqlı bilik yarışması keçirildi. Yarışma münsiflər heyəti tərəfindən qiymətləndirilirdi. Şagirdlər tarix fənni üzrə dolğun biliklər nümayiş etdirərək, monitorda göstərilən suallara ətraflı cavablar verdilər. Beş turun nəticəsinə görə 6ç sinfi qalib gəldi.