Şəhid Fərid Hüseynovun ailəsi ilə onlayn görüş

Zəfər günü ilə bağlı keçirdiyimiz silsilə tədbirlərimiz davam etməkdədir.

Bu gün məktəbimizin 3c sinfində fərqli şəkildə tədbir keçirildi. Tədbir Vətən Müharibəsi şəhidi Fərid Hüseynovun keçdiyi şərəfli döyüş yolununa həsr olunmuşdu. Şəhid F. Hüseynovun ailəsi onun böyüyüb boya-başa çatdığı Cəlilabad rayonunda yaşadığından görüş onlayn şəkildə təşkil olundu. F. Hüseynov xüsusi təyinatlı dəstədə xidmət etmiş, nümunəvi hərbçi kimi nüfuz qazanmışdır. Daxili Qoşunların baş çavuşu olan F. Hüseynov 27 sentyabrda işğal altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan savaşda iştirak etmiş, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olmuşdur.

Ailəsi ilə onlayn görüş zamanı atası onun uşaqlıq, gənclik illərindən söhbət açdı. Özündən sonra yadigar qalan bircə övladı ilə şagirdləri tanış edən ata məktəblilərə hər zaman vətəni sevməyi, ona Fərid kimi layiqli övlad olmağı tövsiyə etdi.

Tədbirdə şəhid F. Hüseynovun komandiri mayor A. Eyvazov onun döyüş yolundan fəxrlə danışdı. Döyüşçü dostu 44 gün müddətində onun necə cəsarətli döyüşçü olmağından qürurla söhbət açdı. Tədbirə onlayn qoşulan Bəcirəvan kəndinin sakinləri, icra nümayəndələri və onun müəllimləri Fəridin göstərdiyi şücaətdən danışdılar. Onlar Fəridin təkcə Bəcirəvan kəndinin deyil, bütün Azərbaycanın qəhrəmanı olduğunu bildirdilər.

Daha sonra şagirdlər kompazisiyalar ilə çıxış etdilər. 

Məktəb rəhbərliyi şəhidin ailəsinə, tədbirə qoşulan bütün iştirakçılara minnətdarlıq edərək, məktəbimizdə onun adını daşıyan sinfə dəvət etdi. 

Sonda şagirdlər "Vətənpərvərlik məsafələri tanımır!" deyərək onlara sevgi və ehtiramlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi