Zəfər gününə həsr olunmuş "Xarıbülbülün nağılı" adlı tədbir keçirildi

Zəfər günü ilə bağlı silsilə tədbirlərimiz davam etməkdədir. Belə ki, bu gün məktəbimizin 4c sinif şagirdləri qruplar şəklində "Zəfər günü"nə həsr olunmuş dərs təqdim etdilər.

Hər qrup məhz bu günə həsr olunmuş təqdimatlarla çıxış etdi. I qrupun nağılı "Xarıbülbülün xilası"na həsr edilmişdi. Qrupda olan əsgərlər xarıbülbülü xilas etdikdən sonra "Qənimətlər parkı"nda çəkdikləri video çarxı təqdim etdilər. 

II qrup şagirdlər isə Zəfər gününün əhəmiyyətini özündə əks etdirən kompazisiyalarla çıxış etdilər.

Milli geyimlərdə və əsgər formalarında olan III-IV qruplar da kiçik səhnəciklər və rəqslərlə çıxış edərək tədbiri yekunlaşdırdılar.

Bütün qruplar səhnəyə çıxaraq bacarıqlarını və topladıqları materialları nümayiş etdirdikdən sonra üçrəngli bayrağımızı özlərinin hazırladıqları "Şuşa qalası" maketinn üzərinə sancdılar. Tədbirdə iştirak edən qonaqlar vətənpərvərlik ruhunda böyüyən şagirdləri alqışladılar və çıxışlarını böyük maraqla qarşıladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi