“Azərbaycan bayrağının tarixi” mövzusunda mühazirə keçirildi

Noyabrın 29-da məktəbimizdə Azərbaycan Respublikası Təhsil nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunmuş “Azərbaycan bayrağının tarixi” mövzusunda mühazirə keçirildi. Mühazirədə Azərbaycan bayrağının keçdiyi təkamül yolundan, Dövlət bayrağı gününün təsis edilməsindən, Azərbaycan bayrağının bugünündən, məğrur üçrəngli bayrağımızın nüfuzundan söhbət açıldı. Tədbirdə 9,10-cu sinif şagirdləri iştirak edirdi. Şagirdlər onları maraqlandıran suallarla mühazirəçilərə müraciət etdilər və öz suallarına ətraflı və dolğun cavablar aldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi