Tarix aylığı çərçivəsində 5-ci siniflərdə keçirilən qeyri-standart dərslər davam edir
Həftə ərzində 5-ci siniflərdə dünyanın yeddi möcüzəsinə həsr olunmuş qeyri-standart dərslər davam etdi. Şagirdlər “ Misir ehramları”, “Artemida Efes məbədi”, “Yunan əsatirləri” mövzularında tədqiqat işləri apararaq , dərsi tam sərbəst şəkildə özləri idarə etdilər. Onların hazırladıqları təqdimatlar, komanda şəklində çıxışları, dərsi idarə etmək məharəti, səlis və məntiqli nitqi bütün iştirakçılara çox xoş təsir bağışladı. Bu dərslərdə müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak etdilər.