Şəhid məzunlarımızın xatirə lövhəsinin açılışı
Bu gün Vətən Müharibəsi iştirakçıları olan şəhid məzunlarımız Ələkbər Ələsgərov və Hüseyn Tağıyevin adının əbədiləşdirilməsi üçün məktəbimizin həyətyanı sahəsində adlarını daşıyan xatirə lövhələrinin açılışı oldu. Açılışda Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid məzunların valideynləri, İB-lərin nümayəndələri, məktəb kollektivi və rəhbərliyi də iştirak edirdilər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca məktəb direktoru onların məktəb illərindən, keçdikləri döyüş yolundan, qısa, lakin şərəfli həyatlarından söhbət açdı.
Daha sonra çıxış edən şəhid valideynləri qəhrəman övladlarından qürurla danışdılar.
Sonda şəhid valideynlərinin iştirakı ilə xatirə lövhəsinin açılışı baş tutdu. Məktəb rəhbəri bunun hər birimiz üçün vətəndaşlıq borcu olduğunu qeyd etdi. Tariximizin qəhrəmanlıq salnaməsində məktəbimizin şəhid məzunlarının da izi olduğunu böyük fəxrlə vurğuladı.