“Cavanşir tarixi şəxsiyyət kimi” mövzusunda keçirilən təqdimat müsabiqəsinə yekun vuruldu
Noyabrın 25-də tarix aylığı boyunca davam edən “Cavanşir tarixi şəxsiyyət kimi” mövzusunda keçirilən təqdimat müsabiqəsinə yekun vuruldu. Müsabiqədə məktəbin 7-ci sinifləri iştirak edirdi. Şagirdlər tarixi qaynaqları araşdıraraq çox maraqlı təqdimatlar hazırlamışdılar. Onlar Cavanşiri məharətli döyüşçü, mərd insan olmaqla bərabər, peşəkar sərkərdə, mahir diplomat və ən əsası, dövlət maraqlarını hər şeydən üstün tutan görkəmli tarixi şəxsiyyət kimi səciyyələndirən çıxışlar etdilər. Komanda şəklində təşkil olunmuş qrupların hər birinin təqdimatı özünəməxsus idi. Münsiflər heyətinin yekdil rəyinə əsasən təqdimat müsabiqəsinin qalibi 7a sinfi oldu.