O, başımın fərəh tacı, elim, obam, Azərbaycan!

Bu gün məktəbimizdə 18 Oktyabr "Müstəqilliyin Bərpası Günü"nə həsr edilmiş "O, başımın fərəh tacı, elim, obam, Azərbaycan!" adlı dəyirmi masa keçirildi.
Giriş sozu ilə çıxış edən məktəbin direktoru Rəna Süleymanova əlamətdar gün münasibətilə şagirdləri təbrik edərək, müstəqilliyimizin əbədi qorunmasının məhz onların öhdəsinə düşdüyünü bildirdi.
Dəyirmi masa yuxarı sinif şagirdlərinin hazırladıqları kompozisiya ilə açıq elan edildi. Müstəqilliyini bərpa edən ölkəmizin Dövlət Himni bu dəfə fərqli formatda, sözlərinin yazarı olan Əhməd Cavadın canlandırılması ilə, sanki onun dilindən dəyirmi masa iştirakçılarına təqdim olundu.
Daha sonra dəyirmi masa iştirakçıları, IX, X, XI sinif şagirdləri və müəllimlər müstəqilliyimizdən, 30 il sonra bu müstəqilliyin bərpasından, bu yolda aparılan müharibələrdən, danışıqlardan geniş söhbət açdılar, müzakirələr apardılar. Tədbir məktəb kollektivinin, müəllim, şagird və digər işçi heyətin iştirakı ilə ərsəyə gəlmiş "Müstəqilliyimizin Bərpası Günü"nə həsr edilmiş video kliplə sona çatdı.