Nadir şah Əfşar haqqında debat keçirildi

Noyabrın 23-də 8-ci siniflər arasında “Qılınc və qan siyasəti və ya Şərqin son fatehi” mövzusunda debat keçirildi. Şagirdlər Nadir şah haqqında böyük tədqiqat işi aparmış və maraqlı məlumatlar toplamışdılar. Qruplardan biri Nadir şahın lehinə, digəri isə əleyhinə olan faktlarla çıxış etdi. Hər bir qrup irəli sürdüyü fikri əsaslandırmağa çalışırdı. Şagirdlər Nadir şahın mübahisələr doğuran şəxsiyyəti, onun hakimiyyətə gəlməsi, islahatları, ona qarşı yönəldilən üsyanlar, imperiyanı zəiflədən səbəblər, tariximizdə Nadir şahın yeri və rolu haqqında maraqlı müzakirələr apardılar. Sonda tarix müəllimləri şagirdlərə öz irad və təkliflərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi