Almanlarla görüş

 PASCH layihəsinin iştirakçısı olan məktəbimizdə yenidən yeniliklər var. Belə ki, yeni tədris ilindən layihənin könüllüləri məktəbimizdə dərs dinləmələrində iştirak etməyə başlayıblar. Qeyd edək ki, Höte İnstitutunun xətti ilə məktəbimizə gələn könüllülər Henri Şlömer və Mona Ştayner şagirdlərlə ünsiyyətə girərək onları maraqlandıran sualları cavablandırırlar. Onlar dərslərdə müntəzəm iştirak edir, mövzu ətrafında maraqlı oyunlar keçirərək alman dilinə olan həvəsi daha da artırırlar və beləliklə, layihəyə yaxından köməklik göstərirlər. Qeyd edək ki, dil daşıyıcısı olan alman könüllülərimiz altı ay ərzində alman dili dərslərində iştirak edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi