Almaniya təəssüratlarım

Bu yay mən Şahbazov Sabir Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli məktəbin 11-ci sinif şagirdi, Almaniya dövlətinin Bremen şəhərində yay alman dili kurslarında iştirak etmək üçün Höte İnstitutundan təqaüd qazandım və bu kurslarda iştirak etdim. Qeyd etmək istərdim ki, məktəbimiz artıq 13 ildir PASCH layihəsində Höte İnstitutu ilə əməkdaşlıq edir və mənim kimi onlarla şagird müəllimlərimizin dəstəyi ilə bu layihədə iştirak edir. Layihənin məqsədi biz şagirdlərdə alman dili bacarıqlarının təkmilləşdirilməsi, gələcəkdə isə öz təhsillərini Almaniyada davam etməsidir. Biz orada üç həftə ərzində vaxtımızı səmərəli keçirtdik. Belə ki, dərslərdə və günün ikini yarısı isə müxtəlif layihələrdə iştirak etdik. Asudə vaxtlarımızda isə Almaniyanın Hamburq, Bremen şəhərlərinin muzey və tarixi abidələri ilə tanış olduq. Mən fürsətdən istifadə edib göstərilən etimada görə Höte İnstitutuna və müəllimim Səkinə xanım Əhmədovaya dərin təşəkkürümü bildirirəm.