Gimnastika Federasiyasının əməkdaşları ilə görüş

Dünən məktəbimizdə gimnastikanın təbliği ilə bağlı maarifləndirici tədbir keçirildi. Bədii gimnastika Azərbaycanda keçən əsrin 30-cu illərindən inkişaf etməyə başlayıb. Ayrı-ayrı idman növlərində müşahidə olunan inkişaf, beynəlxalq arenalarda qazandığımız qələbələr, patyaxtımızın mötəbər turnirlərə ev sahibliyi etməsi, gənclərin idmana kütləvi axını məhz dövlətimizin qayğısının nəticəsidir.
Gimnastika Federasiyasının əməkdaşları görüşdə idmanın bu növü haqqında valideynlərə məlumatlar verdilər. Onları gimnastikanın növləri, qrup hərəkətləri və bu idman növündə spesifik qaydalar haqqında danışdılar.
Azərbaycan gimnastlarının beynəlxalq yarışlarda iştirakından, qazandıqları uğurlardan fəxrlə danışdılar. İdmanın kütləviləşdirilməsi və gənclər arasında daha da təbliği məqsədilə təşkil olunmuş bu görüş hamının marağına səbəb oldu.