“Ömrə bərabər imperiya” mövzusunda açıq dərs keçirildi

Bu gün məktəbimizdə tarix aylığı çərçivəsində “Ömrə bərabər imperiya” mövzusunda açıq dərs keçirildi. Dərs Əfşarlar sülaləsinin nümayəndəsi, tariximizin ən maraqlı və təzadlı şəxsiyyətlərindən biri olan Nadir şaha həsr olunmuşdu. Şagirdlər Nadir xanın hakimiyyətə gəlməsindən, hakimiyyəti dövründə gördüyü işlərdən, onun apardığı daxili və xarici siyasətdən, yaratdığı güclü ordudan söhbət açdılar, Əfşarlar imperiyasının süqutu və bu süqutun səbəbləri haqqında hazırladıqları tədqiqat işlərini təqdim etdilər. Nadir şah dünya miqyaslı digər fatehlərlə müqayisə olundu. Sonda şagirdlər həmin dövrün tarixi ardıcıllığını özündə əks etdirən maraqlı sxem hazırladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi