Alman-Azərbaycan mərkəzi-Kapellhausda seminar
Məktəbimiz 2009-cu ildən Almaniya Federativ Respublikasının Höte İnstitutunun tərəfdaşı olaraq, PASCH, yəni dünyanın partnyor məktəbləri layihəsinə daxildir. Qeyd edək ki, Azərbaycanda yalnız iki məktəb : M.Müşfiq adına 18 № -li məktəb və Tusi adına gimnaziya bu proyektin üzvüdürlər. Layihə çərçivəsində noyabrın 16-sı və 17-də Höte İnstitutunun əməkdaşları Eike Pockrandt (Ayke Pokrandt) və Henning Jakobsen (Hening Jakobsen) tərəfindən “Teatr səhnəcikləri qoymaq bacarığı” mövzusunda çox maraqlı seminar keçirildi. Seminar Alman-Azərbaycan mərkəzi-Kapellhausda keçirilirdi. Şagirdlərimiz seminarda və işçi qruplarının tərkibində çox fəal iştirak etdilər. Seminar çox böyük maraqla qarşılandı və şagirdlərdə səhnəciklər qoymaq bacarıqlarını formalaşdırdı.