"Yay məktəbi"nə start verildi
Bu il də şagirdlərin yay istirahətinin səmərəli keçirilməsinin təşkili unudulmadı. İyunun 14-dən etibarən pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün ümumtəhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla 2 həftəlik “Yay məktəbi” başladı. Bütün ümumtəhsil məktəblərində olduğu kimi bizim məktəbdə də təşkil edilmiş “Yay məktəbi”nin əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaqla, əyləncəli proqramlar təşkil etməklə yeni nəsil intellektual və sosial aktiv gənclərin, gələcəyin liderlərinin formalaşdırılmasıdır. “Yay məktəbi”ndə açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər də həyata keçirilir. Açıq havada keçirilən dərslər zamanı şagirdlər nəinki intellektual biliklərini artırırlar, həm də sağlamlıqlarının qeydinə qalırlar. Bu dərslərdə şagirdlər öz intellektlərini, zəkalarını da artırırlar. “Yay məktəbi”ndə iştirak edən şagirdlər müxtəlif tablolar çəkir, rəssamlığın sirlərini də öyrənirlər.