Qış parkında və Mərkəzi parkda ekoklub üzvlərinin ekoloji monitorinqi

"Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi" maarifləndirmə proqramı çərçivəsində "Yaşıl dizayn" nominasiyası üzrə bioloji müxtəlifliyin öyrənilməsi və qorunması məqsədilə “Ekoerudit” ekoklub üzvləri, 18 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri Qış parkında və Mərkəzi parkda ekoloji monitorinq keçiriblər. BMT-nin Biomüxtəliflik üzrə Konvensiyası çərçivəsində dünyanın bir çox ölkələrində məktəblilər arasında interaktiv çalışmalar, öyrədici oyunlar, bilik yarışları, məşğələlər şəklində keçirilən biomüxtəliflik aksiyasına məktəbimizin gənc ekoloqları da qatılıblar. Ekoklub üzvləri ekoloji monitorinq zamanı parkların flora və faunası haqqında məlumat toplayaraq, burada təsadüf edilən bitki və heyvan növlərini təyin ediblər.

Bakı şəhərinin ən gözəl parklarında landşaft memarlığı və yaşıl dizaynla tanış olduqdan sonra ekoklub üzvləri kiçik qruplarda tədqiqat işlərinə başladılar. Gənc ekoloqlar parkda rast gəldikləri ağac, kol, ot bitkilərini, həşəratları, quşları, kəpənəkləri və digər canlı növləri təyinedici kitabçalar vasitəsilə təyin edərək xüsusi cədvəllərdə qeyd etdilər. Ekskursiya zamanı məktəblilər “Qırmızı kitaba” daxil olan növlər, flora və faunanın müxtəlif növlərinin bioloji xüsusiyyətləri, müalicə və estetik əhəmiyyəti barədə ətraflı məlumatlandırıldı. Monitorinq nəticəsində, ümumilikdə, 80-ə qədər bitki və heyvan növü təyin edildi. Növbəti illərdə monitorinqi davam etdirmək və illər üzrə parkın biomüxtəlifiyində baş verən dəyişiklikləri ardıcıl müşahidə etmək qərara alındı. Monitorinq zamanı ekoloji etika, təbiətdə, o cümlədən şəhər parklarında düzgün davranış qaydaları, bioloji müxtəlifliyin qorunmasının əhəmiyyəti, canlılara qayğıkeş və məsuliyyətli münasibət müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi