Vətənpərvərlik mövzusunda dəyirmi masa
Bu gün məktəbimizdə vətənpərvərlik mövzusu ilə bağlı dəyirmi masa təşkil olundu. Tədbirdə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin əməkdaşı polkovnik-leytenant Vüsal Hüseynov iştirak etdi. O, öz çıxışında xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi olan Zəfər tarixindən söhbət açdı. “Dəmir yumruq” adlandırılan əks-hücüm əməliyyatının başlandığı gündən şərəf və qürurla danışaraq hərbiçinin müharibə zamanı şəxsi heyətin nizam intizamından və döyüş hazırlığından söhbət açdı. O, Vətən müharibəsinin həlledici məqamlarından, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrindən, böyük qələbəni təmin edən amillərdən şagirdlərə nümunələr gətirərək bəhs edirdi. Dəyirmi masada qələbədən sonra Prezident İlham Əliyevin həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrostrukturun yaradılmasına və müxtəlif layihələrə start verilməsindən söhbət açıldı. Təşkil olunan tədbirdə şagirdlər bir daha Azərbaycan gəncliyinin qəhrəmanlıq salnaməsinə fəxrlə, qürurla nəzər saldılar.