"Üfüqləri nəğmə söyləyən yurdum" adlı ədəbi-bədii tədbir keçirildi
Bu gün məktəbimizin 5 a sinfində "Üfüqləri nəğmə söyləyən yurdum" adlı ədəbi-bədii tədbir keçirildi. 104 illiyini qeyd etdiyimiz bu gün artıq Müstəqillik Günü kimi tariximizə qeyd olundu. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Məhz bu baxımdan Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, xüsusi sərəncamla bu gün Müstəqillik Günü kimi qeyd olunmağa başlamışdır.
Beləliklə, bu gün məktəbimizdə xüsusi olaraq qeyd edildi. 5-cilər müsəlman Şərqində ilk parlament respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 ay mövcud olmuş bu dövlətin zəngin dövlət quruculuq təcrübəsi ilə bugünkü müasir Azərbaycanın milli dövlətçilik ənənələrinin əsasının qoyulduğu qeyd edildi. Sonra şagirdlər süqut edən Xalq Cümhiyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbycan xalqının əbədi müstəqilliyini təmin edən xalqımızın ümummilli lideri Heydər Əliyevin təkrarolunmaz siyasətindən söhbət açdılar. 5-cilər tədbirdə xüsusi hazırlanmış kompozisiya ilə çıxış edərək günü-gündən dünyaya səs salan Azərbaycan dövlətini vəsf etdilər. Onlar çıxışlarında Azərbaycanın artıq ikinci ildir ki, 28 May-Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd etdiyini vurğuladılar.
Tədbir şagirdlərin ifasında səslənən vətənpərvər ruhlu mahnılarla davam etdirildi.
Sonda Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirildi.