Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində

Bu gün məktəbimizdə tibb  işçiləri tərəfindən 6-7-ci siniflər üçün "Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində" adlı toplantı keçirildi. Yalnız qızların iştirak etdiyi bu maarifləndirici tədbirdə onların sağlamlıqları üçün aktual məsələlər müzakirə edildi. Sonda şagirdlərə xüsusi gigiyenik vasitələr paylanıldı və istifadə qaydası izah olundu. Həkimlər reproduktiv sağamlığın qorunması, mühafizəsi, sağlam ailələrin və sağlam münasibətlərin formalaşması istiqamətində də söhbətlər apardılar. Bu səpkidə maarifləndirici tədbirlər sağlamlığın qorunmasında mühüm rol oynayır, hər bir insan eyni zamanda ailə üçün fundamental əhəmiyyət kəsb edir və cəmiyyətin sosial-iqtisadi səviyyəsinin inkişafını səciyyələndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi