“Bayraq yürüşü”
Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması idi. Yürüşdə məktəbimizin şagirdləri və hərbi rəhbər Telman Məmmədov başda olmaqla digər müəllimlər də iştirak edirdi. Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Daha sonra tələbə və şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirdilər, rəqslər ifa etdilər.Sonda minlərlə yürüşçü “Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş edərək,Dövlət Bayrağı Meydanında xatirə fotosu çəkdirdilər.